Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yelkənli gəmi tullantıları enerjiyə çevirəcək qurğu ilə təchiz olunacaq

Fransanın “Bureau Veritas”  sınaq, yoxlama və sertifikatlaşdırma təsnifat cəmiyyəti dənizdə üzən plastik tullantıların toplanması və təkrar istifadəsinə imkan verəcək “MANTA” kiçik dəstək gəmisinin layihəsini bəyənib. Bu gəmidən zibilin daha çox cəmləşdiyi ərazilərdə, sahil sularında, eləcə də böyük çayların mənsəblərinin yaxınlığında istifadə ediləcək.

“Seanews.az” xəbər verir ki, tezliklə gəmi inşaatçıları arasında müqavilə üzrə tenderin elan edilməsi planlaşdırılır. 60-dan çox mühəndis, texniki işçi və tədqiqatçının iştirak etdiyi layihənin hazırlanmasına 45.000 saat sərf olunub.

Gəminin layihəsi “Manta Innovation”, “The SeaCleaners” birgə mühəndislik və dizayn bürosu tərəfindən “SHIP-ST” və “LMG MARIN” gəmiqayırma mühəndislərinin dəstəyi ilə hazırlanıb.

Uzunluğu 56 metr, eni 26 metr, hündürlüyü 62 metr olan yelkənli gəmi tullantıları enerjiyə çevirəcək bort qurğusu ilə təchiz olunacaq. Yelkənli gəmidən okeanda plastik çirklənmə ilə bağlı elmi müşahidə və tədqiqatlar, eləcə də təhsil məqsədləri üçün də istifadə oluna bilər.

Gəminin 2025-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır