Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Elektrik enerjisi ilə işləyən sərnişin bərəsi səfərə 300 sərnişin və 80 avtomobillə çıxacaq

Ekoloji təmiz mühərriklər Avropanın şimal-qərbindəki sərnişin xətlərində getdikcə artır, lakin bütün gəmi sahibləri ənənəvi dizel mühərriklərindən eyni vaxtda imtina etməyə hazır deyillər.

“Seanews.az”-ın məlumatına görə, Sinqapurun “Sembcorp Marine” gəmiqayırma şirkəti orijinal konstruksiyalı birləşmiş elektrik güc qurğuları ilə təchiz edilmiş “RoPax” tipli yük-sərnişin bərəsini sifarişçiyə - Norveçin “Norled”  operatoruna təhvil verdiyini bildirib.

Uzunluğu 82,4 metr olan gəmi “Dragsvik” adlanır, 300 sərnişin və 80 minik avtomobili (və  ya 10 minik avtomobili və 10 qoşqulu yük maşını) qəbul edə bilər.

Bu, artıq Sinqapur gəmi inşaatçılarının Norveç şirkətinə təhvil verdiyi bu tipli ikinci bərədir. “Hella” adlı ilk gəmi 2022-ci ilin martında sifarişçiyə təhvil verilib və bir ay sonra göyərtəsində sərnişinlərlə birlikdə ilk səfərinə çıxıb.

“Sembcorp Marine” eyni layihənin üçüncü bərəsinin tikintisini bu ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır