Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Türkiyənin sualtı qayıqlarının imkanları yeni test sistemi ilə sınaqdan keçiriləcək

Türkiyənin Müdafiə Sənayesi çərçivəsində inkişaf etdirilən və istehsal edilən sualtı qayıqlarının imkanları artıq “Sonar Fish Test ve Ölçüm Sistemi” ilə sınaqdan keçiriləcək. TurkicWorld-un məlumatına görə, sualtı qayıqlar üçün əhəmiyyət kəsb edən sonar sistemlərinin performansını yoxlamaq üçün istifadə ediləcək “Sonar Fish Test və Ölçüm Sistemi”-nin modernizasiya işləri bir ildən az müddətdə tamamlanıb və test mərhələsinə buraxılıb.

“Sonar Fish” sistemi ilə sınaqdan keçiriləcək sonar sistemləri üçün kompleks akustik siqnallar hazırlanaraq yayımlana, sistemin əlaqə xüsusiyyəti sayəsində sualtı qayıqla bağlantı qurula bilər.

Bu sistemlə, aktiv hidrolokatorların köməyi ilə suüstü gəmilərin hidrolokatorlarını təqlid etmək və transponder funksiyasının köməyi ilə aktiv hidrolokatorlara uyğun əks-siqnallar yaratmaq olar ki, onlar hədəf kimi fəaliyyət göstərsinlər.

Müren və MİLDEN kimi milli layihələrin sınaq və kvalifikasiyalarında da istifadə oluna bilən sistemin bu yay həyata keçiriləcək liman və dəniz qəbul sınaqlarından sonra ilə il ərzində tamamlanması və Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi hədəflənir.

Qeyd edək ki, Türkiyənin Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş. (STM) tərəfindən hazırlanan yerli və milli STM500 sualtı qayığının istehsal fəaliyyətinə başlanılıb.

Məlumata görə, milli resurslarla hazırlanmış STM500 Sualtı qayığı Türkiyə üçün bir ilkdir.

Ağırlığı iki min tona yaxın olacaq gizli silah 2025-ci ildə istehsal ediləcək.

Trend.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır