Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Naviqasiya avadanlıqlarının uyğunluğunun uzaqdan yoxlanılması üçün yeni xidmət hazırlanıb

“DNV” beynəlxalq təsnifat cəmiyyəti naviqasiya sistemlərinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş yeni “NAUTConnect” xidmətini təqdim edir. Sənaye nümayəndələri ilə birgə hazırlanmış yeni xidmət gəmi sahibinin istəyi ilə əlavə sinif qeydi kimi təklif olunur.

“NAUTConnect” elektron naviqasiya sistemlərinin və inteqrasiya olunmuş şəbəkə avadanlığının tələblərinə uyğunluğun davamlı olaraq uzaqdan yoxlanılması sistemidir.

Yeni xidmətin inkişafının tərəfdaşları və iştirakçıları arasında naviqasiya sistemlərinin istehsalçısı “Kongsberg Maritime” (“KM”) və onun rəqəmsal bölməsi “Kongsberg Digital” (“KDI”), habelə Norveçin “Hurtigruten Coastal AS” şirkəti də var ki, bu xidməti artıq özləri  tətbiq ediblər.

“NAUTConnect” gəmilər və sahil orqanları arasında məlumat mübadiləsini uyğunlaşdırmaq məqsədi daşıyan cari IMO “e-Naviqasiya” strategiyasına əsaslanır.

Qeyd edək ki, dünyanın ən böyük beynəlxalq təsnifat və sertifikatlaşdırma cəmiyyəti olan “DNV” 100-dən çox ölkədə fəaliyyət göstərir və  16 000  işçisi var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır