Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Norveç tam avtonom elektrik bərələrini işə salır

Bu həftə Norveçdə pilotsuz tam elektrik yük bərələri fəaliyyətə başlayıb. Gəmilər olimpiya çempionu olan norveçli xizəkçilər Marit Borgen və Tereza Yohayrın şərəfinə “Marit” və “Therese” adlandırılıb. Sifarişçi Norveçin “ASKO Maritime” şirkətidir.

“Seanews.az”ın məlumatına görə,  bərələr Hindistanda tikilib. 67 metr uzunluğunda hər bir gəmi 16 tam yüklənmiş Aİ standart qoşqu tutumuna malikdir. Onlar 1,8 min kVt-lıq akkumulyator sistemi sayəsində elektrik enerjisi ilə işləyir və limanda olarkən avtomatik doldurulur. Bərələr Osloda Norveçin əsas ərzaq distribyutoru üçün fəaliyyət göstərir.

Gəmilər avtonom əməliyyat üçün tam sertifikat almaq məqsədi ilə dörd nəfərdən ibarət məhdud heyətlə iki il sınaq rejimində işləyəcək. Bundan sonra bərələr “Kongsberg” və “Wilhelmsen” şirkətlərinin birgə müəssisəsi – “Massterly AS”-a veriləcək.

“ASKO Maritime” bir neçə il ərzində bu marşrutla 150-yə qədər qoşqu daşıya biləcəyinə, eyni zamanda CO2-nin ildə 5000 tona qədər azalacağına ümid edir.

Bərələr iyunun 29-da Hindistandan başqa bir gəmi ilə çıxıb və avqustun 9-da Norveçə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır