Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Sitronics Group” dəniz üzgüçülüyünün monitorinqi üçün orbitə peyk çıxaracaq

“Sitronics Group” 2025-ci ilə qədər naviqasiya monitorinq avadanlığı ilə təchiz edilmiş kosmik aparatları orbitə buraxacaq.

“Seanews.az”  xəbər verir ki, şirkət AIS qəbuledici avadanlığı ilə təchiz edilmiş 70 kosmik aparatı orbitə buraxmağı planlaşdırır.

Peykləri hazırda özünün “Orbicraft-Zorkiy” aparatını idarə edən yeganə şirkət - “Sitronics Group”-a daxil olan “Sputniks”  istehsal edəcək.

Şirkətin AIS peyklərindən istifadə edərək göstərəcəyi xidmət mühafizə olunan obyektlər daxilində dəniz üzgüçülüyünə nəzarət etməyə və suyu çirkləndirən gəmiləri müəyyən etməyə, qəza vəziyyətində olan gəmilərin xilasetmə əməliyyatlarına kömək etməyə və qanunsuz balıq ovu ilə mübarizə aparmağa imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır