Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş CO2 tutma texnologiyasının tətbiqi qiymətləndiriləcək

“Klaipedos Nafta”, “Akmenes cementas” və “Orlen Lietuva” şirkətləri mayeləşdirilmiş karbon qazının (CO2) tutulması və saxlanması texnologiyasının potensialını və mümkünlüyünü qiymətləndirmək üçün birgə texniki-iqtisadi əsaslandırma üzrə niyyət protokolları imzalayıblar.

“Seanews.az”-ın məlumatına görə, tərəflər CO2-ni tutmaq, mayeləşdirmək və uyğunlaşdırılmış gəmilərdə Avropada daimi saxlama yerinə daşımaqla CO2 emissiyalarını azaltmaq üçün şirkətlərin imkanlarını qiymətləndirəcək bir araşdırma aparacaqlar. Bu həllərin iqtisadi məqsədəuyğunluğu müəyyənləşdiriləcək və razılıq əldə olunarsa, pilot layihəsi həyata keçirilə bilər.

 “KN” və onun beynəlxalq tərəfdaşları tərəfindən aparılan araşdırmanın nəticələri istixana qazı emissiyalarını azaltmaq üçün həll yolları axtaran “Orlen Lietuva” və “Akmenės Cementas” şirkətlərini maraqlandırlb. Hər ikisi Litvada ən böyük istixana qazı emissiyasına malik şirkətlər sırasındadır.

“İstehsalda qalıq yanacaqları bərpa olunan enerji mənbələri ilə əvəz etmək və emissiyaları sürətlə azaltmaq mürəkkəb və kapital tutumlu prosesdir. Logistika şirkəti kimi “KN” müxtəlif növ enerjinin daşınması və saxlanması sahəsində lazımi təcrübəyə malikdir. Müvafiq olaraq, biz həm də mayeləşdirilmiş CO2 ixracatçısına və bütün dəyər zəncirinin bir hissəsinə çevrilə biləcəyimizi, beləliklə, 2050-ci ilə qədər emissiyaları azaltmaq və sıfır emissiyaya nail olmaq üçün Aİ-nin ölkələr qarşısında götürdüyü öhdəliklərə, eləcə də müəssisələrin bu dəyişikliklərə davamlı uyğunlaşmasına töhfə verə biləcəyimizi görürük”, – deyə “KN”-nin baş direktoru Darius Şilenskis razılaşmanı şərh edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır