Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

İritonnajlı insansız dəniz platforması hazırlanır

Fransanın “Naval Group” şirkəti iritonnajlı insansız dəniz platforması üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Naval News” nəşri yazıb.

“Naval Group”un törəmə şirkəti olan “Sirehna” hazırda “Sterenn Du” adlı gəmini inkişaf etdirir. Gəmi Fransa Müdafiə Təchizat Agentliyinə məxsusdur və şirkətə icarəyə verilir.

“Belə böyük platformamız yox idi, ona görə də mövcud gəmidən istifadə edirik. Təkmilləşdirmə işləri 2022-ci ilin iyununda Brestdə başlayıb və Lorientdə bütün işlər başa çatdıqdan sonra gəmi avtonom şəkildə Aralıq dənizinə buraxılacaq, habelə ondan böyük insansız dəniz platformaları üçün texnologiya və konsepsiyaların hazırlanmasında istifadə olunacaq”, - deyə şirkət rəsmisi Moullart de Torsi bildirib.

Uzunluğu 17 metr, eni 7,5 metr olan alüminium gövdəli katamaranın subasımı 25 tondur. “Sterenn Du” platforması idarə oluna və mina aşkarlama sonarını yerləşdirə bilən layihəyəyə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır