Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“QatarEnergy” üçün dünyanın ən böyük 8 qaz daşıyıcısı inşa ediləcək

“QatarEnergy” şirkəti Çinin “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavodu ilə səkkiz böyük tutumlu LNG tankerinin tikintisi üçün müqavilə imzalayıb. “Q-Max” qaz daşıyıcılarının tutumu 271 min kubmetr olacaq ki, bu da onları öz seqmentində ən böyük gəmilər edir.

“Seanews.az” bu barədə “Splash”-in məlumatına istinadən xəbər verir.

“QatarEnergy”-nin artıq tutumu 266 min kubmetr olan 14 “Q-Max” qaz daşıyıcısı var. Onlar Uzaq Şərq və Avropa bazarlarında fəaliyyət göstərirlər. “Q” - Qətəri ifadə edir, “Maks” isə Qətərdəki LNG terminallarının qəbul edə biləcəyi gəminin maksimum ölçüsüdür”, - nəşr izah edir.

“QatarEnergy”-nin LNG daşıyıcısının tikintisi proqramı sənaye tarixində ən böyük proqramdır. İlk mərhələdə şirkət 60 gəminin tikintisinə dair müqavilə imzalayıb. İkinci mərhələ keçən ilin sentyabrda başlayıb – “QatarEnergy” şirkəti Cənubi Koreyanın “Hyundai Heavy Industries” tərsanəsi ilə 17 qaz daşıyıcısının tikintisinə dair müqavilə imzalayıb. Müqavilə 4 milyard dollar dəyərində qiymətləndirilib. Bu, “QatarEnergy”-nin təsdiqlənmiş sifarişini 77 gəmiyə çatdırır.

“Keçən il “Hudong-Zhonghua” ən böyük LNG qaz daşıyıcısının layihəsini təqdim etdi və bir neçə təsnifat cəmiyyətindən prinsipcə təsdiq aldı. Bu gəmi Şanxayda 4,7 milyon ev təsərrüfatını bir ay ərzində qazla təmin etmək üçün kifayət qədər LNG daşıya bilər. Meqa qaz daşıyıcısı 177 min kubmetr tutumlu gəmidən 25-30% səmərəlidir,”- “Splash” yazır.

“Q-Max” ölçülü yeni gəmilərin dəyəri açıqlanmır (Çində standart tutumu 177 min kubmetr olan qaz daşıyıcısının tikintisi təxminən 245 milyon dollara başa gəlir). “Q-Maxes”-in çatdırılması 2028 və 2029-cu illər üçün planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır