Pentaqonun yeni nüvə sualtı qayığı 240 metrdən çox dərinliyə dala bilir
Pentaqon yeni “Virciniya” sinifli nüvə sualtı qayığını ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul edib.
“USS Iowa” (“SSN 797”) sualtı qayığının donanmanın tərkibinə daxil edilməsi mərasimi Konnektikut ştatının Nyu London şəhərindəki hərbi dəniz bazasında baş tutub.
“Seanews.az” xəbər verir ki, bu sinif sualtı qayıqlar 1600 km mənzilli 12 “Tomaqavk” qanadlı raketləri ilə təchiz edilib.
Nüvə sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. O, 240 metrdən çox dərinliyə dala və 25 düyündən çox sürətlə hərəkət edə bilir.
Sualtı qayıq Qrotonda yerləşən “General Dynamics Electric Boat” tərsanəsində inşa edilib və bu şirkət tərəfindən tikilmiş “Virciniya “sinifli on üçüncü sualtı qayıqdır. “USS Iowa” Aralıq dənizi və Sakit okeanda xidmət göstərəcək.
“Virciniya “sinifli sualtı qayıqların istehsalının dəyəri təxminən 2,4 milyard dollardır. “MarineInsight”-ın verdiyi məlumata görə, növbəti “Virciniya” sinifli gəmi Aydaho ştatının adını daşıyacaq və 2026-cı ilin yazında xidmətə hazır olacaq.