Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Titanik”-in 20 illiyi üçün sənədli film çək

Oskar mükafatlı rejissor Ceyms Kameron Titanikin 20 illiyi  üçün xüsusi sənədli film hazırlayacaq. “seanews.az” xəbər verir ki, “Titanik: 20 yaş” adlanacaq filmin premyerası bu ilin dekabrında keçiriləcək. Ceyms Kameron açıqlamasında “Titanik” filmindəki mümkün səhvləri aradan qaldırmaq niyyətində olduğunu bildirib: “Mən canlı tarix yaradıram. O gəmidə ölən çoxlu sayda insanın ruhuna hörmət olaraq hər şeyi düzgün çəkməliyəm. Bəs mən hər şeyi düz göstərmişəmmi? İndi National Geographic-lə son araşdırmalarımla, elm və texnika ilə silahlanıb təkrar qiymətləndirmə aparmaq istəyirəm”- deyə Kameron çəkəcəyi sənədli filmi şərh edib. Xatırladaq ki, məşhur gəmi haqda film 2997-ci ildə ekranlara çıxıb. Lakin bu günə qədər o müzakirə obyektidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır