Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Monqolustanda ilk dəfə Su Yolları və Dəniz Daşıyıcıları Günü qeyd olunub

Monqolustan hökuməti ölkənin peşə bayramı - Su Yolları və Dəniz Daşıyıcıları Gününün hər il qeyd edilməsi haqqında fərman verib.

 “Seanews.az”-ın məlumatına görə, bu il ölkə ilk dəfə olaraq Monqolustanda su nəqliyyatının formalaşmasının və inkişafının 70 illiyinə və ölkənin ən böyük Xubsuğul gölündə gəmiçiliyin yaranmasının 112 illiyinə təsadüf edən Su Yolları və Dəniz Daşıyıcıları Gününü rəsmi olaraq qeyd edib.

Monqolustanın nəqliyyat naziri Luvsanqiin Xaltar su nəqliyyatı veteranlarını və işçilərini təbrik edərək, onların ölkədə turizmin inkişafına böyük töhfələrini qeyd edib.

Monqolustan dənizə çıxışı olmayan ölkədir, sərhədləri ən yaxın sahildən 600 km məsafədə yerləşir. 2003-cü ildə Monqolustan öz gəmi reyestrini qeydə alıb. Hazırda Monqolustan bayrağı altında bir neçə yüz gəmi üzür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır