Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA-da “Elmi tədqiqatların metodları” mövzusunda elmi seminar keçiriləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2 noyabr 2022-ci ildə “Elmi tədqiqatların metodları” mövzusunda elmi seminar keçiriləcək.

Seminar Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Şuşa ili” ilə bağlı tədbirlər planına əsasən təşkil olunacaq. 

“Gəmiqayırma və gəmi təmiri” kafedrasının təşəbbüsü ilə baş tutacaq seminarda Azərbaycan Texniki Universitetinin “Metallurgiya və materiallar texnologiyası”, “Maşınqayırma texnologiyası” kafedralarının və ASCO-nun “Xəzərdənizlayihə” Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak edəcəklər. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır