Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecində Əhməd Cavada həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecində (ADK) dahi Azərbaycan şairi Əhməd Cavadın 130 illiyinə həsr olunan ədəbi tədbir keçirilib.

ADK-nın müəllim və tələbə heyəti ilə yanaşı, Bakı Slavyan Universitetindən qonaqların iştirak etdiyi tədbirdə Əhməd Cavadın ədəbiyyatımızın ən parlaq simalarından biri olduğu, onun bütün zamanlar üçün əbədiyaşarlığı vurğulanıb.

Çıxışlarda görkəmli yazıçınlın yaradıcılığı ilə yanaşı, ömür yoluna nəzər salınıb.

Sonda Kollec tələbələrinin ifasında ədibin əsərlərindən seçmələr dinlənilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır