Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-05,
Seanews
Heyder Eliyev

“Keen Sword” təlimlərinə start verilib

Yaponiya özünümüdafiə qüvvələri ABŞ hərbçiləri ilə birlikdə “Keen Sword” təlimlərinə start veriblər.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, dünən başlayan təlimlərdə Yaponiyanın quru qoşunlarının, dəniz və hərbi-hava qüvvələrinin 26 min hərbçisi, ABŞ-ın kosmik bölmələr də daxil olmaqla 10 min hərbçisinin iştirakı nəzərdə tutulur.

Təlimlərə Yaponiya özünümüdafiə qüvvələrinin 20 gəmisi, 250 təyyarəsi, ABŞ-ın 10 gəmisi və 120 təyyarəsi ilə yanaşı,  Avstraliya, Kanada və Böyük Britaniyanın dörd gəmisinin və iki təyyarəsinin də qatılacağı  bildirilir.

Kaqoşima prefekturasına daxil olan Tokunoşima adalarının müdafiəsinin nəzərdə tutan,  Fransa, Hindistan, Yeni Zelandiya, Filippin, Cənubi Koreya və NATO-dan müşahidəçilərin də iştirak edəcəyi təlimlər noyabrın 19-dək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır