Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

ADDA-da “Şuşa ili”nə həsr olunmuş beynəlxalq elmi-texniki konfrans keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Şuşa ili”nə həsr olunmuş “Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri” mövzusunda online formatda beynəlxalq elmi-texniki konfrans keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov açaraq konfrans iştirakçılarına uğurlar arzulayıb. V.Sadıqov Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan olduğunu qeyd edib, müzəffər Azərbaycan ordusunun Şuşa zəfərindən söz açıb.

Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti,  akademik Arif Həşimov “Qeyri-səlis məntiq əsasında şuntlayıcı reaktorların idarə edilməsi alqoritmləri” mövzusunda məruzə edib.

Ankara Qazi Universitetinin professoru, dr. Cengiz Taplamacıoğlu da geniş məruzə ilə çıxış edib.

Sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov konfransın əhəmiyyəti, müasir elektroenergetikanın hədəfləri, yenilikləri, bu istiqamətdə olan aktual problemləri və inkişaf perespektivləri barədə danışıb. Elşən Sultanov “Gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarının müasir  problemləri” mövzusunda məruzəsini təqdim edib.

Beynəlxalq elmi-texniki konfrans öz işini 3 bölmədə - Texniki elmlər, Yaşil enerji texnologiyaları, Fundamental və humanitar elmlər bölmələrində davam etdirib. 

Beynəlxalq konfransa Azərbaycanın ayrı-ayrı təhsil müəsissələri ilə yanaşı, Türkiyə, Çexiya, Ukrayna və Rusiyadan olan alimlər elmi məqalələr təqdim ediblər. O cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Univerisiteti,  Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti, Sumqayıt Dövlət Univerisiteti, Mingəçevir Dövlət Univerisiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Heydər Əliyev adına Hərbi İnstitut, CBM Engineering MMC, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Milli Aerokosmik Agentliyi Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti kimi təhsil və elm müəssisələri, qurumlar beynəlxalq konfransda təmsil olunublar.

Noyabrın 18-də online olaraq konfransın nəticələrinin ümumi müzakirəsi, təkliflərin işlənib hazirlanması və bağlanması üzrə konfransın bölmələri üzrə yekun iclas keçirilib.

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov qeyd edib ki, təqdim olunan materiallar araşdırmalardan sonra Akademiyanın məruzə materialları toplusunda və beynəlxalq nüfuzlu jurnallarda dərc ediləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır