Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

ADDA-da əcnəbi tələbələr üçün yeni imkanlar yaradılır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA)2022/2023-cü tədris ilində 20 xarici tələbə qəbul olub.

Fərdi şəkildə müraciət edən 12 tələbə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq qeydiyyatdan keçib. Bu tələbələrdən 5-i Hindistan, 5-i Türkiyə, 1-i Qazaxıstan vətəndaşıdır. İlk dəfə olaraq İraqdan olan 1 vətəndaş da artıq ADDA tələbəsi adını daşıyır.

Tələbələrdən 10-u “Dəniz naviqasiyası mühəndisliyi”, 1-i “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, 1-i “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında təhsil alır.

2021-ci ildə ADDA ilə Qazaxıstanın Ş. Yesenov adına Xəzər  Dövlət Texnologiya və Mühəndislik Universiteti (XDTMU) arasında bağlanmış  “İkili diplom təhsili” beynəlxalq proqramı barədə müqaviləyə uyğun olaraq, cari tədris ilində 8 tələbə Qazaxıstandan Bakıya gəlib. Bu tələbələr I tədris ilini daxil olduqları XDTMU-da oxuyublar. Bundan sonra uyğun ixtisaslar üzrə təhsillərini ADDA-da davam etdirirlər.

IV tədris ilini uğurla bitirdikdən sonra qazaxıstanlı tələbələr ADDA-nın digər tələbələri ilə Yekun Dövlət Attestasiya (YDA) imtahanına buraxılacaqlar. Bu mərhələni də uğurlu başa vuran tələbə ADDA diplomunu alandan sonra ilk dəfə daxil olduğu ali təhsil müəssisəsinə qayıdacaq. 5-ci tədris ilini orda bitirən və YDA-dan uğurla keçən tələbəyə ixtisası üzrə ikinci diplom veriləcək.

Bu il ilk dəfə olaraq ADDA-da əcnəbilər üçün hazırlıq kursları da təşkil edilib. Kursların 6 və ya 12 aylıq olması nəzərdə tutulub.

Hazırda bu kurslarda 1 Sudan, 1 Yəmən, 3 Misir, 4 Türkiyə vətəndaşı olmaqla, 9 nəfər oxuyur.

Onu da qeyd edək ki, kurslarda əcnəbilərə İngilis-dili ilə yanaşı, Azərbaycan dili və Azərbaycan tarixi fənləri də tədris olunur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır