Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

ADDA-da maarifləndirmə tədbiri keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında maarifləndirmə tədbiri keçirib.

ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov qonaqları və iştirakçıları salamladıqdan sonra belə tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması barədə ətraflı söhbət açılıb. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınması, tələbələrin sağlam həyat tərzi barədə məlumatlandırılmasının vacibliyi  vurğulanıb.

Akademiyaya gəlmiş təcrübəli həkimlər xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi barədə suallara aydınlıq gətiriblər.

Sonda tələbələrə İİV/QİÇS-ə aid bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır