Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

ASCO-nun Təlim Tədris Mərkəzi ötən ili uğurla başa vurub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi (TTM) 2022-ci il ərzində qarşıya qoyulan bütün hədəflərə nail olub.

Mərkəzdə dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi xidmətləri ötən il də davam etdirilib. 2022-ci ildə burada təlim keçən iştirakçıların sayı 14061 nəfər olub. Bu da 2021-ci illə illə müqayisədə 4191 nəfər çoxdur.  

Ötən il TTM-də yerli dənizçilərlə yanaşı, xarici vətəndaşlar üçün də kurslar təşkil olunub. Təlimlər iştirakçıların aid olduğu ölkələrdən asılı olaraq rus və ingilis dillərində keçirilib.

Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır.  Beləliklə, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.  2022-ci ildə 20 türk, rus vətəndaşı DP induction və 12 türk vətəndaşı DP Simulyator təlimində iştirak edib və müvafiq sertifikat əldə ediblər.

Ötən il audit nəticəsində daha beş yeni təlimin TTM-də keçirilməsi təsdiqlənib. Belə ki, ABS (Amerika Gəmiçilik Bürosu) “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat təliminin proqramı üzrə təlimatçıların hazırlığı, “Sürətli olmayan xilasedici qayıqlar və sallar üzrə mütəxəssis təlimatçılarının hazırlığı, “Əmniyyətli İdarəetmə Haqqında Beynəlxalq Məcəllə təlimatçılarının hazırlığı, “Gəmi və liman vasitələrinin mühafizəsi üzrə mütəxəssis təlimatçılarının hazırlığı” və xüsusi təyinatlı ECDİS ( NavMaster) təliminin keçirilməsinə icazə verib. Belə ki, Təlim Mərkəzində  yerli mütəxəssislər tərəfindən Təlimatçının hazırlanması kursunun tədrisinə başlanılıb.

Əvvəlki illərdə olduğu kimi Mərkəzin əməkdaşlarının 2022-ci ildə də beynəlxalq təlimlərdə iştirakı təmin edilib. Nəticədə 2 təlimatçı Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən Alman Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) "Business Scouts for Development" proqramının dəstəyi ilə təşkil edilən ”Onlayn təlimçi" layihəsində iştirak edib.

Təlim Mərkəzinin 2023-cu il üçün də ciddi planları və hədəfləri var. Bu il beynəlxalq təlimlərin və xarici dildə keçirilən seminarların sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, ASCO-nun Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və  qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır