Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çap olunub

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının “Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri" mövzusunda keçirdiyi Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çapdan çıxıb.

Beynəlxalq elmi-texniki konfransa ümumilikdə 105 məruzə daxil olub. Onların sırasında Türkiyə, Çexiya, Ukrayna və Rusiyadan da elmi məqalələr var. ADDA müəllimləri 29, respublika ali məktəblərinin, AMEA-nın elmi-tədqiqat institutlarının və müxtəlif şirkətlərin əməkdaşları isə 71 məqalə təqdim ediblər.

Konfransa təqdim edilən materiallar araşdırmalardan sonra Akademiyanın “Məruzə materialları” toplusuna tövsiyə olunub.

"Məruzə materialları"nı BURADAN yükləyə bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır