Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Gəmi xilasetmə vasitələrinin təmirinə məsul şəxslər İrlandiyada təlimdə iştirak edirlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəis müavini Rüstəm Ağayev, İstehsalat Xidmətləri İdarəsinin Gəmi xilasetmə vasitələrinin təmiri sahəsinin rəisi Asəf Hüseynov və çilingəri Kənan Rüstəmov Birləşmiş Krallıqda İrlandiyanın Belfast şəhərində təlimdə iştirak edirlər.

ASCO əməkdaşları təlimdə “Survitec” brendinə məxsus xilasetmə sallarının təmir prosesi ilə yaxından tanış olmaqla yanaşı, sallara düzgün texniki baxışın göstərilməsinə dair bacarıqlarını artırırlar.

Bir həftəlik təlimin əsas məqsədi ASCO gəmilərində istifadə edilən sözügedən xilasedici salların təmirini həyata keçirmək üçün istehsalçı şirkətdən müvafiq servis xidməti sertifikatının müddətinin uzadılmasına icazə almaqdan ibarətdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır