Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

ADDA-da tələbə qəbulu üzrə plan yeri 94,5 faiz dolub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2023/2024-cü tədris ili üzrə ayrılan plan yeri 94.5 faiz dolub.

ADDA-ya qəbul olan 208 tələbədən 165-i dövlət sifarişi ilə, 43-ü ödənişli əsaslarla təhsil alacaq.

Bu il Akademiya üzrə maksimal bal göstəricisi 594.2, minimal bal göstəricisi 245,4 olub. Qəbul olanların 21 nəfəri 500-599, 65 nəfəri 400-500, 112 nəfəri 300-400, 10 nəfəri 200-300 aralığında bal toplayıb.

Qeyd edək ki, ADDA Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının üzvüdür. Diplomu Beynəlxalq Dəniz Təşkilatının üzvü olan bütün ölkələrdə tanınır.

Ali təhsil müəssisəsində bakalavr pilləsi üzrə dörd – “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları üzrə tədris aparılır.

Dərslər ixtisaslaşdırılmış otaqlarda və xüsusi trenajorlarda keçirilir. Tələbələr Akademiyanın Təlim Tədris Mərkəzində də biliklərini inkişaf etdirə bilirlər.

Burada təhsil alanlar pulsuz geyim forması, dərs vəsaiti, gündə iki dəfə yeməklə təmin olunurlar, yataqxana isə tələbələrə güzəştli şərtlərlə verilir.

Əlaçı tələbələr dövlət təqaüdü ilə yanaşı, ASCO-nun xüsusi təqaüdünü də alırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır