Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

ADDA-da “Mexanikada innovativ texnologiyalar sahəsində dünya təcrübəsi və ətraf mühit” mövzusunda master-klass keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında Türkiyənin Qazi Universitetinin “Mühəndislik” fakültəsinin professoru Muslim Cengiz Taplamacıoğlunun iştirakı ilə “Mexanikada innovativ texnologiyalar sahəsində dünya təcrübəsi və ətraf mühit” mövzusunda master-klass keçirilib.

Master-klass “Heydər Əliyev İli” çərçivəsində ADDA-nın elmi əlaqələrini genişləndirmək məqsədilə “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin və “Tətbiqi mexanika” kafedrasının təşkilatçılığı ilə baş tutub.

Kafedra əməkdaşları və tələbə heyətinin iştirakı ilə keçirilən master-klassdan öncə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan bu tədbir tələbələrimiz üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda xarici alimlərlə əməkdaşlıq, konfranslar və tədbirlərin keçirilməsi elmin inkişafına müsbət təsir edir.

Sonra Qazi Universitetinin “Mühəndislik” fakültəsinin professoru Muslim Cengiz Taplamacıoğlu “Mexanikada innovativ texnologiyalar sahəsində dünya təcrübəsi və ətraf mühit” adlı master-klass məruzəsini təqdim edib. 

Tədbirdə “Erasmus+” proqramı çərçivəsində ölkəmizə gəlmiş Qazi Universiteti “Mühəndislik” fakültəsinin professorları Nuri Yücel və Hıdır Düzkaya,  eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemləri və qurğuları” kafedrasının müdiri Nurməmməd Məmmədov, ADDA-nın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı Rafiq Əsgərov də iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır