Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ADDA Elmi Şurasının iclası keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.

Şuranın müzakirə etdiyi əsas məsələlərdən biri 2023/2024-cü tədris ilinə hazırlıq və tələbə qəbulunun nəticələri olub.

Qeyd edilib ki, qəbulun nəticələrinə əsasən nəzərdə tutulan 220 yerdən 208-i dolub. Bunu nəzərə alan Elmi Şura ADDA-nın 2023/2024-cü tədris ilinə hazırlığı və tələbə qəbulunun aparılması istiqamətində görülən işləri qənaətbəxş hesab edib.

Bununla yanaşı, əcnəbi vətəndaşların Akademiyaya qəbulu zamanı sənədləşmə işlərinin mövcud qaydalara müvafiq aparılması və 2024/2025-ci tədris ili üçün Akademiyaya tələbə qəbulu proqnozunun hazırlanması ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib.   

İclasda həmçinin 2023-cü ildə məzun buraxılışının yekunu haqqında məlumat dinlənilib.

Elmi Şura ixtisas kafedra müdirlərinə Yekun Dövlət Attestasiyalarına (YDA) hazırlıq məqsədilə imtahanları yazılı-şifahi formada keçirilən  ixtisas fənlərinin sayının artırılması və eyni zamanda buraxılış işlərinin mövzularının istehsalatla bağlı standart məsələlər baxımından təhlil edilə bilməsi və bakalavrların qazandıqları nəzəri və təcrübi biliklərə uyğun olmasını nəzər almağı tapşırıb.

Magistratura səviyyəsində təhsil alanların elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrinin onların elmi-tədqiqat işlərinə müvafiq təşkili və magistr dissertasiyalarının məzmumuna, yazılmasına, antiplagiat proqramından keçirilməklə təqdim edilməsinə nəzarət fakültə dekanlarına və ixtisas kafedra müdirlərinə həvalə edilib.

YDA komissiyalarına mütəxəssis hazırlığının təkmilləşdirilməsi və əmək bazarında rəqabətə davam gətirə bilməsi üçün təklif və tövsiyələrini yazılı şəkildə Akademiya rəhbərliyinə təqdim etmələri tapşırılıb.

Magistrantların tədris prosesinin səmərəli təşkili, eləcə də trenajor, laboratoriya və məşğələ dərslərinin tədris metodikasının dəyişdirilməsi və yeni formada işlənməsi üçün komissiyanın yaradılması və müvafiq təkliflərin verilməsi nəzərdə tutulub.

İclasda “Elektron Akademiya platformasının yeni tədris ilinə hazırlığı haqqında” məlumat da dinlənilib. 

Elmi Şura İnformasiya Resurs Mərkəzinə (İRM) Elektron Akademiyada bu vaxta qədər tətbiq olunan modulların təkmilləşdirilməsi və tədris prosesinə uyğunlaşdırılması prosesinin davam etdirilməsini və tədris prosesinə uyğunlaşdırılmasını tapşırıb.

Həmçinin İRM “Akademiyanın məzun bazası”nın tətbiqi ilə bağlı işləri yekunlaşdırmalı və test rejimində istifadəyə verilmiş “Elektron Təlim Tədris Mərkəzi” platformasının tətbiqi və funksionallığının artırılması prosesini davam etdirməlidir.

İclasda gündəlikdə duran digər vacib məsələlər də müzakirə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır