Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“Gəmi sürücülüyünün nəzəriyyəsi" və “Gəmi elektrik intiqalının tezlik çeviriciləri ilə idarə olunması” adlı yeni dərsliklər işıq üzü görüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin (ADDA) mətbəəsində “Gəmi sürücülüyünün nəzəriyyəsi" və “Gəmi elektrik intiqalının tezlik çeviriciləri ilə idarə olunması” adlı yeni dərsliklər nəşr olunub.

“Gəmi sürücülüyünün nəzəriyyəsi" dərsliyinin müəllifləri “Dəniz naviqasiyası” kafedrasının əməkdaşları dosent Elnur Abbasov və dosent Həzi Nəbiyevdir. Bu dərslikdə yer səthində müşahidəçinin istiqamətləri, kartoqrafiya proyeksiyaları və dəniz naviqasiya xəritələri, vəziyyət xətləri nəzəriyyəsi, gəminin yolunun analitik (yazılı) üsulla hesablanması, yolun hesablanmasında hidrometeoroloji faktorların nəzərə alınması, gəminin manevr elementlərinin təyini, böyük dairə qövsü ilə üzmə, qabarma hadisələri, ingilis dəniz xəritələri, üzgüçülük üçün dərs vəsaitləri və rəhbər sənədlər, elektron kartoqrafiya, elektron naviqasiya xəritələri və sistemləri haqqında ətraflı məlumatlar əksini tapıb.

“Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları dosent Elşən Sultanov, dosent Afaq Səlimova və baş müəllim Ramiz Rüstəmovun müəllifliyi ilə ərsəyə gələn  “Gəmi elektrik intiqalının tezlik çeviriciləri ilə idarə olunması” adlı dərslikdə gəmilərdə tətbiq edilən düzləndiricilər, invertorlar, bilavasitə və birbaşa əlaqəli tezlik çeviriciləri, gəmi elektrik intiqallarında tətbiq edilən asinxron mühərriklərin tezlik çeviriciləri ilə idarə olunması, həmçinin elektron güc qurğularının modelləşdirilməsi haqqında ətraflı məlumat verilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır