Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Adıgözəl Məmmədovun yeni kitabı işıq üzü görüb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşı, tədqiqatçı Adıgözəl Məmmədovun “Avrasiya uğrunda mübarizə. Psixogeosiyasət” adlı yeni kitabı işıq üzü görüb.

Müəllif nəşrdə dünya siyasəti, o cümlədən cari geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərin formalaşdırılmasında psixoportretologiyanın və xalqların xarakterinin təsiri ilə bağlı geniş mövzular dairəsinə nəzər salır.

Adıgözəl Nuru oğlu Məmmədov uzun illər psixoportretologiya, mental portretologiya və geosiyasət sahələrində lider mövqe tutan tanınmış analitikdir. Geosiyasət və onun müxtəlif komponentləri, o cümlədən coğrafiya, politologiya, xalqların psixologiyası, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsində dərin bilikləri ona mürəkkəb geosiyasi məsələləri və ssenariləri təhlil və interpretasiya etmək imkanı verir.

Kitabda müasir hadisələri qabaqcadan görmək və xarici siyasətdə əsaslı qərarları qəbul etməkdən ötrü geosiyasi tendensiyaların başa düşülməsinin əhəmiyyəti vurğulanır. Bir neçə əsas tendensiya, o cümlədən Çinin böyük dünya ölkəsi kimi yüksəlməsi, qeyri-dövlət subyektlərinin təsirinin güclənməsi, eləcə də Yaxın Şərq və Cənub-Şərqi Asiya kimi regionlarda yeni regional güclü ölkələrin əmələ gəlməsi tədqiq olunur. Müəllif etiraf edir ki, qloballaşma beynəlxalq münasibətlərə özünün həm müsbət, həm də mənfi təsirini göstərib. Belə ki, qloballaşma böyük iqtisadi qarşılıqlı əlaqələrə və mədəni mübadiləyə gətirib çıxarsa da, o, həm də resurslara görə rəqabətin və münaqişələrin güclənməsinə səbəb olub. Nəşrdə tarixi, mədəni, mental-sosioloji amillərin, texnoloji innovasiyaların və işləmələrin geosiyasi vəziyyətə və geosiyasi proseslərə təsiri dəyərləndirilir. Kitabda qlobal aktorların strategiyaları, bu böyük ölkələrin öz maraqları naminə, o cümlədən hərbi müdaxilə, iqtisadi məcburiyyət və psixogeosiyasət kimi yumşaq qüvvələrin təşəbbüsləri kimi istifadə etdikləri strategiyalar nəzərdən keçirilir.

Müəllifin sözlərinə görə, psixogeosiyasət həyati vacib və sürətlə inkişaf edən sahə kimi beynəlxalq münasibətlərin formalaşmasında coğrafi, mental, siyasi və digər amillər arasında qarşılıqlı əlaqələri anlamağa çalışır. Onun mahiyyəti adıçəkilən amillər arasında qarşılıqlı əlaqələri anlamaq və bu anlayışdan strategiyanın formalaşdırılmasında istifadə etmək imkanı verir.

Adıgözəl Məmmədovun müasir geosiyasi tendensiyalar barədə yeni əsərindən alimlər, siyasətçilər və qlobal nizamı formalaşdıran qüvvələrin anlayışı ilə maraqlanan hər kəs yararlana biləcək.

Kitabın redaktoru N.Xıdırov, elmi redaktoru tarix elmləri doktoru, BDU-nun professoru İ.Məmmədov, resenzent – filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar jurnalisti İlqar Paşazadədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır