Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ADDA tələbələrinin diplomqabağı təcrübəsi başlayıb

Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbələri payız imtahan sessiyasını bitiriblər. Akademiyanın “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi”, Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının son kursunda oxuyan tələbələr artıq gəmilər üzrə bölüşdürülüblər.

Bu müddət ərzində 187 təcrübəçidən 109-u Dəniz Nəqliyyatı Donanmasının, 68-i isə Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı gəmilərində, digərləri isə özəl gəmiçilik şirkətlərində olacaqlar.

ADDA məzunu adına namizəd olan bu tələbələrimiz fevralın 2-dən mayın 24-dək diplomqabağı təcrübə keçəcəklər.

Artıq təcrübəyə gedən tələbələrə donanmaların Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları tərəfindən “Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatı keçirilib.

Təlimdə tələbələrə təcrübə müddətində olacaqları gəmilər haqqında ümumi məlumat, təhlükəsizlik texnikasının, yanğın təhlükəsizliyinin və  istehsalat sanitariyasının əsasları, fərdi mühafizə vasitələri ilə tanışlıq və s. biliklər izah edilib.

Təcrübə rəhbərləri Akademiyanın ixtisas kafedralarının müəllimləri və gəmi kapitanının əmri ilə təyin olunmuş heyətinin üzvləridir.

Bundan əvvəlki tədris illərində tələbələr təcrübə zamanı öz ixtisaslarına uyğun ümumi məlumat xarakterli praktiki biliklər toplayırdılarsa, dilpomqabağı təcrübədə 4-cü kurslar Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında (DHSNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq artıq tam sərbəst şəkildə növbəçəkməyə cəlb edilirlər.

Təcrübə bitdikdən sonra hər bir tələbə gəmidə olduğu müddətdə görülən işlər haqqında Beynəlxalq Konvensiyanın tələblərinə uyğun “Təcrübə jurnalında” apardıqları qeydlər əsasında hesabat hazırlayır. İxtisas kafedralarının müəllimlərindən ibarət komissiya tərəfindən hesabat dinlənilərək qiymətləndirilir və bu qiymət tələbənin Yekun Dövlət Attestasiya imtahanına buraxılmasında əsas rol oynayır.

ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 15 nəfər 4-cü kurs tələbəsi isə bu ilin fevral ayının 16-dan etibarən 10 həftə müddətində nəzəriyyədə topladıqları biliklərini təcrübədə möhkəmləndirməyə çalışacaqlar. Onlardan 11-i Baki Gəmiqayırma Zavodunda, 4 tələbə isə “ASCO Mühəndislik” MMC-də diplomqabağı istehsalat təcrübəsində olacaqlar.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır