Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

ASCO e-təlim platformasını istifadəyə verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) əməkdaşların təlim tələbatlarının elektron təhsil texnologiyaları əsasında qarşılanması məqsədilə geniş və davamlı işlər həyata keçirir. Bu istiqamətdə şirkət tərəfindən mühüm addım atılıb, “asco.etelim.az” adlı veb-platforma istifadəyə verilib.

Platforma dinləyicilərə real zaman, offlayn və onlayn rejimlərində təlimlər keçmək imkanı yaradır. Burada müxtəlif mövzularda seminarlar, video dərslər və test nümunələri tapmaq mümkündür.

İstifadə rahatlığı və funksionallığı ilə seçilən portal əlçatanlığı ilə də fərqlənir. Bu platformaya bütün əməkdaşlar mobil telefon vasitəsilə, o cümlədən “My ASCO” tətbiqi üzərindən də daxil ola bilərlər. Həmçinin sözügedən tətbiq üzərindən əməkdaşlara təlimlər barədə bildirişlər də göndəriləcək.

İnnovativ texnologiya əsasında təlimlərin təşkilində məqsəd çoxfunksiyalı elektron alətlərdən istifadə imkanlarının yaradılması vasitəsilə təlim prosesinə qeyri-məhdud sayda iştirakçıların cəlb edilməsinə və təlimlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Yeni e-təlim platforması əməkdaşların bilik və bacarıqlarının artırılmasına xidmət etməklə yanaşı, təlimlərin keçirilməsinə sərf olunan maliyyə vəsaitinin effektiv istifadəsinə, insan resurslarının daha səmərəli idarə olunmasına, yerli və xarici mütəxəssislərin təlim prosesinə təlimçi qismində məsafədən cəlb olunmasına, təlim prosesində iştirak edəcək əməkdaşların ezam edilməsi hallarının minimuma endirilməsinə, təlimlər üzrə vahid elektron məlumat bazasının yaradılmasına,  təlimlərin qiymətləndirilməsinin təşkili və əldə edilən nəticələrin təlimlərin təkmilləşdirilməsində istifadə edilməsinə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır