Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları üçün icbari tibbi sığorta mövzusunda maarifləndirmə məqsədilə təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və ASCO-nun tabeliyində fəaliyyət göstərən ayrı-ayrı sturktur idarələrin əməkdaşları üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən icbari tibbi sığorta mövzusunda maarifləndirmə məqsədilə təlim təşkil olunub.

Təlim zamanı İTSDA əməkdaşları təqdimatla çıxış edərək icbari tibbi sığorta haqları, xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, eləcə də Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri və bu müəssisələrdə icbari tibbi sığortadan istifadə qaydaları barədə ətraflı məlumat veriblər.

Maarifləndirmə tədbirlərində qeyd olunub ki, icbari tibbi sığorta sistemi hər bir vətəndaşımızın tibbi yardım alma hüququnu təmin edən sistemdir. Bundan başqa, BMT tərəfindən təsdiqlənmiş qaçqınlar və məcburi köçkünlər də icbari tibbi sığortadan istifadə edə bilərlər. Eyni zamanda, ölkəmizdə vətəndaşlığı olmayan şəxslər də icbari tibbi sığortadan istifadə etmək hüququna malikdirlər.

İcbari tibbi sığorta sisteminin tətbiqində ilkin məqsədin ölkə səhiyyəsində yeni modernləşdirmə mexanizmi yaratmaq olduğunu deyən İTSDA əməkdaşlarının sözlərinə görə, hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə yüzlərlə həyati vacib, dəyəri yüksək əməliyyatlar daxildir.

Agentlik əməkdaşları icbari tibbi sığorta haqqının yığılması qaydalarına da toxunaraq bildiriblər ki, bu haqq yalnız rəsmi surətdə işləyən əhalidən toplanır, işləməyən əhalinin sığorta haqları isə dövlət büdcəsi hesabına ödənilir.

Həmçinin stasionar xidmət zamanı dərman təminatı, tibbi sərfiyyat və qidalanmanın tam pulsuz olduğu, ambulator şəraitdə isə dərman təminatının xidmətlər zərfinə daxil edilmədiyi bildirilib. Agentlik nümayəndələri xidmətlər zərfinə daxil olan və daxil olmayan arayışların təsnifatını da açıqlayıblar. 

İTSDA nümayəndələri vətəndaşın daha rahat tibbi xidmət alması üçün görülən tədbirlərdən, eyni zamanda bu istiqamətdə qarşıda duran məqsədlərdən də danışıblar.

Təlimin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır