Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-nı seçmək istəyən abituriyentlər üçün “Açıq qapı günü” təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Azərbaycan Dövlət Dəniz Akademiyası” (ADDA) abituriyent və valideynlər üçün “Açıq qapı günü” baş tutub.

“Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov Akademiyada tələbələr üçün yaradılmış şərait haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Dekan bildirib ki, ADDA-da Beynəlxalq Konvensiyalara əsasən dənizçilik sahəsində tələb olunan müxtəlif ixtisasların tədrisi həyata keçirilir və təhsil müəssisəsinin diplomu 170-dən çox ölkədə tanınır.  Həmçinin Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.

 “Açıq qapı günü”nə gələnlər ADDA-nın auditoriyaları, trenajor otaqları kitabxana və yeməkxanası ilə tanış olublar. Həmçinin onlar dərs prosesini izləyib və ADDA tələbələri ilə ünsiyyət quraraq seçmək istədikləri ixtisaslar, burada tələbələrə yaradılan şərait barədə danışıblar. 

Qeyd edək ki, “Açıq qapı günü”nün keçirilməsində əsas məqsəd dənizçi olmaq istəyən abituriyentlərə Akademiya ilə yaxından tanışlıq üçün şərait yaratmaqdır. Belə görüşlərin mütəmadi təşkil olunması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır