Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecində yay imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecində yay imtahan sessiyası davam edir.

İmtahanlar “Elektron Kollec” platforması üzərindən aparılır.

Sessiyasının birinci mərhələsi 31 may - 05 iyul tarixlərini əhatə edir. Bu mərhələdə “Gəmi sürücülüyü”, “Gəmi energetik qurğularının istismarı” və “Elektrik təchizatı (su nəqliyyatında)” ixtisasları üzrə tədris qruplarında oxuyan tələbələr imtahan verəcəklər.

İkinci mərhələni əhatə edən 08 iyul - 10 iyul tarixlərində isə imtahanlarda üzrsüz səbəbdən iştirak edə bilməyən, həmçinin qeyri-müvəffəq qiymət alan tələbələr üçün təkrar imtahanların təşkili nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır