Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ADDA-da dövlət imtahanı keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) tələbələrin Buraxılış yekun dövlət attestasiyası başlayıb.

ADDA-da 4-cü tədris ilində oxuyan (akademik borcu olmayan) və əvvəlki illərdəki akademik borclarını ləğv edən ümumilikdə 198 tələbə Dövlət Attestasiya Komissiyasının (DAK) üzvləri qarşısında imtahan olunurlar.

Dövlət imtahanının yeri, vaxtı və imtahana düşəcək suallar əvvəlcədən  Akademiyanın saytında  yerləşdirilir.

İmtahanın nəzəri hissəsi dərs otaqlarında, praktiki sualların cavablandırlması isə ixtisaslaşdırılmış trenajor və laboratoriyalarda keçirilir.

İmtahanın 1-ci mərhələsində (nəzəri hissədə, toplana biləcək maksimal bal 75) tələbəyə istismar səviyyəsi üzrə 5 sual təqdim edilir. Tələbənin qiymətləndirilməsi zamanı hər sualın cavabına görə DAK üzvləri maksimum 15 bal verə bilər. İmtahanın nəzəri hissəsindən ən azı 26 bal yığan tələbə praktiki sualları cavablandırmaq üçün 2-ci mərhələyə buraxılır.

Bu mərhələdə tələbəyə 1 praktiki sual təqdim olunur. Tapşırığı yerinə yetirməyinə görə tələbənin ala biləcəyi maksimal bal 25-dir.

Nəzəri suallardan 26-dan, praktiki sualdan isə 9-dan az bal toplayan tələbənin nəticəsi  qeyri-kafi  hesab edilir.  Yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçmək üçün tələbə minimum 51 bal toplamalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır