Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

ADDA-nın magistratura piləsinə qəbul olunmuş bakalavrların nəzərinə!

2024/2025-ci tədris ilində magistratura pilləsinə qəbul olunmuş bakalavrlar 09.07.2024-cü il tarixindən 18.07.2024-cü il saat 18:00-dək portal.edu.az -da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədlər portala yüklənməlidir:

  1. Diplom və diploma əlavənin əsli və surəti(cari il məzunları üçün bakalavriat səviyyəsini bitirmə  haqqında arayış)
  1. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
  1. Tələbənin imtiyazını təsdiq edən sənədlər (əgər varsa).

Tələb olunan sənədlərin qeyd və möhür olan bütün səhifələrinin aydın şəkildə PDF formatında sistemə yerləşdirilməsi zəruridir.

portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

portal.edu.az -da qeydiyyatdan keçmiş magistrantlar 22.07.2024-cü il tarixindən 26.07.2024-cü il tarixinədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
  2. Diplom və diploma əlavənin əsli və surəti (cari il məzunları üçün bakalavriat səviyyəsini bitirmə haqqında arayış)
  3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
  4. Tibbi arayış (forma 086);
  5. 8 ədəd 3x4 ölçülü fotoşəkil;
  6. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzisurəti;
  7. İmtiyazlı magistrantlar üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  8. Yaşayış yerindən arayış.

Sənədlərin qəbulu 22.07 - 26.07.2024-cü il tarixlərində saat 10:00-dan 15:00-dək Akademiyanın əsas korpusunda aparılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır