ADDA-nın "Humanitar fənlər" kafedrasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Humanitar fənlər” kafedrasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə, o cümlədən II Qarabağ savaşında qəhrəmancasına həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib.
Daha sonra “Humanitar fənlər” kafedrasının müdiri dosent İlqar Abdullayev çıxış edərək, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb.
Digər çıxışçılar da 27 illik erməni işğalına son qoyan Ali Baş Komandana və Azərbaycan Ordusuna Qələbəyə və 8 Noyabr – Zəfər Gününə görə təşəkkürlərini bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır