Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-02,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyində 2 Fevral – Gənclər Günü qeyd edilib - FOTOLAR+VİDEO

ASCO-nun “Suraxanı” gəmi-muzeyində 2 Fevral – Gənclər Günü qeyd edilib.

Tədbirdə “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən gəmi-muzeydə 3 aylıq təcrübə proqramını uğurla başa vuran könüllülərə məzun sertifikatı təqdim olunub.

Təcrübə proqramında iştirak edənlərin qazandıqları biliklərin qiymətləndirilməsi məqsədilə könüllülər arasında kvest tipli intellektual yarış keçirilib.

Kvest zamanı iştirakçılara suallarla yanaşı, morze kodunun açılması, gəminin yanalma prosesi, tankerin neftlə doldurulması əməliyyatı kimi interaktivlərdən istifadəyə dair tapşırıqlar verilib.

5 komandanın mübarizə apardığı yarış olduqca maraqlı keçib, iştirakçılara dənizçiliklə bağlı ilkin biliklər qazanmaq imkanı yaradıb.

Yarışın əsas məqsədi gənclər arasında komanda ruhunu inkişaf etdirmək, onların birgə işləmək bacarıqlarını artırmaq və həm əyləncəli, həm də maarifləndirici bir gün keçirmələrini təmin etmək olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır