ADDA-da Xocalı soyqırımı qurbanları anılıb
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-də (ADDA) Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlvə faciə qurbanı olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edənlər faciənin tarixinə bir daha nəzər salıb və Azərbaycan tarixində qanlı iz qoymuş bu hadisənin yaddaşlardan heç vaxt silinməyəcəyini bildiriblər.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş sənədli film də nümayiş olunub.
Onu da qeyd edək ki, 26 fevral tarixində ADDA-nın əsas korpusunun bütün auditoriyalarında 1-ci dərs Xocalı soyqırımına həsr edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır