Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-13,
Seanews
Heyder Eliyev

"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda ‘’Enerjinin təcridi’’ mövzusunda təlim keçirilib

ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əməkdaşlar üçün ‘’Enerjinin təcridi’’ mövzusunda təlim təşkil edilib.

Təlim zamanı iştirakçılara enerji təchizatının dayandırılması prosedurları, enerji sistemlərinin təcrid edilməsi zamanı qarşıya çıxa biləcək təhlükələr və onların aradan qaldırılması yolları, təcrid olunmuş enerji mənbələrindən düzgün istifadə qaydaları, enerji təchizatının bərpa edilməsi zamanı diqqət ediləcək təhlükəsizlik tədbirləri izah edilib.

Təlimin məqsədi əməkdaşların enerji təchizatı ilə əlaqədar əməliyyatlarda təhlükəsizliyin təmin olunması və əməyin qorunması məsələlərinə dair biliklərinin artırılması olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır