ADDA məzunu Dünya Dənizçilik Universitetində magistr dissertasiyasını müdafiə edib
ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” ixtisasının məzunu olan Emin Sədirov İsveçin Malmo şəhərində yerləşən Dünya Dənizçilik Universitetində magistr dissertasiyasını müdafiə edib.
Dissertasiyanın mövzusu “Tanker qəzaları nəticəsində Xəzər dənizinin neftlə çirklənməsi: problemin səbəbləri və nəticələrinin öyrənilməsi" olub.
Üç hissədən ibarət dissertasiya özündə “Xəzər dənizində baş verən tanker qəzalarının səbəbləri və dənizə tökülmüş neftin ətraf mühitə zərərləri”, “Xəzərdə əvvəllər baş vermiş tanker qəzaları və əldə olunmuş iqtisadi nəticələr” və “Risklərin azaldılması üçün tənzimləmə mexanizmləri və beynəlxalq əməkdaşlıqlar” kimi mövzuları əhatə edir.
Eyni zamanda, Emin Sədirov “Dənizçilik təhsilində beynəlxalq əməkdaşlıq: Azərbaycanda dənizçilik təhsilinin inkişafı və qlobal dəniz institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda layihəsini də təqdim edib.