Dənizçilik Kollecində “Mülki müdafiə və təhlükəsizlik” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecində “Mülki müdafiə və təhlükəsizlik” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbirin əsas məqsədi fövqəladə hallarda düzgün davranış qaydalarının aşılanması və təhlükəsizlik vərdişlərinin formalaşdırılması olub.
Təlim zamanı tələbə və əməkdaşlara mülki müdafiə və fövqəladə hallar barədə ümumi məlumat verilib, təbii və texnogen fəlakətlər zamanı görülməli tədbirlər, yanğın zamanı davranış qaydaları və ilkin tibbi yardımın göstərilməsi praktik nümunələr əsasında nümayiş olunub.
Bundan əlavə, təlim siqnalı ilə yanğın zamanı təxliyə ssenarisi də həyata keçirilib.
Tədbir iştirakçıları real vəziyyətlərə hazırlıq baxımından bilik və bacarıqlarını təcrübədə tətbiq etmək imkanı qazanıblar.