"Gəmilərin İdarə Edilməsinin Əsas Prinsipləri" çap edilib
Yaponiyanın “ClassNK” təsnifat cəmiyyəti “Gəmilərin İdarə Edilməsinin Əsas Prinsipləri” adlı təlimatı dərc edib.
“Seanews.az” xəbər verir ki, yanacağın dəyişdirilməsi, daha sərt qaydaların tətbiqi və azaldılmış heyətlə üzmə kimi məsələlər də daxil olmaqla gəminin idarə edilməsi şərtləri dəyişdikcə, “ClassNK” əvvəllər nəzərdən qaçırılmış problemləri araşdırararq gözlənilməz vəziyyətlərə cavab verməyi hədəfləyir.
Araşdırmalar göstərib ki, dənizdə qəzaların çoxu insan səhvi nəticəsində baş verir.
Buna cavab olaraq Yaponiyanın “ClassNK” təsnifat cəmiyyəti gəmi idarəçiliyinin təkmilləşdirilməsi üçün üç sahəyə - səriştələrin idarə edilməsi, prosesin idarə edilməsi (funksional təhlükəsizlik idarəetmə sistemi) və biliklərin idarə edilməsinə diqqət yetirlməsini vacib sayır.