ADDA magistratura üzrə təhsil proqramları ilə bağlı növbəti iclas keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Təhsil Proqramlarına baxılması ilə bağlı növbəti iclas keçirilib.
İclasda magistratura səviyyəsi üzrə hər bir ixtisasın tədris planı çərçivəsində müasir tələblərə cavab verən yeni fənlərin tədris olunması məsələləri müzakirə olunub.
Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqovun sədrliyi ilə aparılan müzakirələrdə Tədris-qeydiyyat şöbəsinin müdiri, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər. Tədris planlarının yenilənməsi zamanı əmək bazarının aktual tələbləri, beynəlxalq təcrübə və normativ-hüquqi sənədlər əsas götürülərək, yeni fənlərin tədris prosesinə daxil edilməsi, onların məqsəd və məzmun baxımından uyğunluğu, həmçinin təlim nəticələrinin ölçülə bilən şəkildə müəyyənləşdirilməsi diqqət mərkəzində olub.
Növbəti mərhələdə yeni fənlərin təsdiqi və onların müvafiq proqramlara inteqrasiyası ilə bağlı genişləndirilmiş iclasın keçirilməsi planlaşdırılır.