Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-14,
Seanews
Heyder Eliyev

ADDA tələbələrinin Bakı Gəmiqayırma Zavodundakı təcrübələri yekunlaşıb

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri üçün diplomqabağı istehsalat təcrübəsi AZCON Holding şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodu MMC-də (BGZ) təşkil edilib.

Təcrübə iştirakçıları onlar üçün əvvəlcədən tərtib olunmuş proqram əsasında praktiki biliklər əldə edib və yekun hesabatlar hazırlayıblar. Təcrübənin ilkin mərhələdə qiymətləndirilməsi BGZ-də yaradılmış komissiya tərəfindən aparılıb və nəticələr protokollaşdırılaraq ADDA-ya təqdim olunub. Daha sonra qiymətləndirmə ADDA-nın daxili komissiyası tərəfindən həyata keçirilib.

12 iyun tarixində Bakı Gəmiqayırma Zavodunun Təlim və inkişaf bölməsinin rəhbəri, eyni zamanda BGZ-də tələbələrin qiymətləndirilməsi zamanı təcrübə üzrə komissiya sədri olmuş Nəcəf Mustafayev ADDA-da keçirilən müdafiə mərhələsində iştirak edib. Qiymətləndirmənin sonunda BGZ-nin nümayəndəsi təcrübəni müvəffəqiyyətlə başa vurmuş tələbələrin nəticələrini yüksək qiymətləndirərək onlara sertifikatlar təqdim ediv və gələcək karyeralarında uğurlar arzulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır