Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-25,
Seanews
Heyder Eliyev

ADDA-ya qəbul olan abituriyentlərin nəzərinə !

Azərbaycan Dövlət Dəniz Akademiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust - 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 03.09.2025-ci il tarixindən 10.09.2025-ci il tarixinədək saat 09:00-dan 16:00-dək aşağıdakı sənədləri Akademiyanın əsas tədris binasına (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18, Sahil metrosunun yaxınlığında) təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);

2. Attestatın əsli və surəti;

3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;

4. Tibbi arayış (forma 086);

5. Narkoloji və psixoloji dispanserdən arayış;

6. 8 ədəd 3x4 ölçülü fotoşəkil;

7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;

8. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

9. Yaşayış yerindən arayış.

10. Subbakalavrlar (ADK məzunları) isə aşağıda sadalanan sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Diplom və diploma əlavəni əsli və surəti;

- İş yerindən arayış;

- Dənizçinin tibbi kitabçasının surəti;

- 8 ədəd 3x4 ölçülü fotoşəkil;

- Hərbi biletin surəti;

- Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;

- İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

Qeyd: Akademiyada qeydiyyat zamanı əyani təhsilalma forması üzrə qəbul olan tələbələrin geyim forması ölçüləri və yataqxanaya yerləşdirilmə üçün ərizələri götürüləcəkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır