

Azərbaycan Dənizçilik Kollecinin qəbul planı tam dolub
Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinə qəbul planı cari tədris ilində100 faiz dolub.
Qəbulun nəticələrinə əsasən, kollecə ümumilikdə 100 nəfər abituriyent qəbul olub. Onlardan 25 nəfəri “Gəmi sürücülüyü”, 25 nəfəri “Gəmi energetik qurğularının istismarı”, 25 nəfəri “Elektrik təchizatı”, 25 nəfəri “Gəmilərin təmiri” ixtisası üzrə təhsil alacaq.
Qəbul olunanların 40 nəfəri dövlət sifarişi əsasında, digər 60 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.
Qəbul üzrə ən yüksək nəticə “Gəmi sürücülüyü” ixtisasında qeydə alınıb və maksimal bal 217,8 təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır