Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ADDA-da Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Eldar Qocayev bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha xalqımızın böyüklüyünü sübut etdilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixi qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o gün xalqımızın tarixində silinməz iz buraxıb.

Sonra ADDA-nın Qarabağ müharibəsində iştirak edən müəllim və tələbələri çıxış edərək, döyüş xatirələrini bölüşüblər, şəhidlərin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır