Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Maqdeburq Universitetinin professoru ADDA-da olub

Almaniyanın Maqdeburq Universitetinin professoru Holm Altenbax Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) olub.

Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, rektor vəzifəsini icra edən Eldar Qocayev qonaqları salamlayaraq, burada təhsilin pillələri, tədris şəraiti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Bildirib ki, ADDA Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçilik ali məktəbləri sırasında yer alır, yüksəkixtisaslı dənizçi kadrları hazırlayır. ADDA-da dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qonaqlar Akademiyanın maddi-texniki bazası (trenajorlar, ixtisaslaşmış auditoriyalar, tədris labaratoriyaları və s.) ilə tanış olublar.

Daha sonra ADDA-nın akt zalında seminar formatında təşkil olunan Master-klassda professor Holm Altenbax “Mexanikanın əsaslarına və tarixinə səyahət” mövzusunda çıxış edib.

Master-klasın yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır