Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ADDA professorunun həmmüəllifi olduğu elmi məqalə beynəlxalq jurnalda çap edilib

ADDA-nın Tətbiqi mexanika kafedrasının professoru Rövşən Z.Hümbətəliyevin Fatima A.Quliyeva ilə həmmüəllifi olduğu "Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün riyazi model" adlı elmi məqaləsi Elsevier Q3 və Scopus Q4 beynəlxalq bazasında indekslənmiş International Journal of Environmental Sciences jurnalında çap edilmişdir.

Məqalə hal hazırda aktual olan bir mövzunu ətraf ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlmiş diferensial tənliklərə əsaslanan riyazi modelləşdirmə üsullarını araşdırır. Əsas diqqət məkan və zaman ərzində çirkləndiricilərin dispersiyasının, deqradasiyasının və çıxarılmasının dinamikasının rəsmiləşdirilməsinə yönəlib. Bu məqsədlə, dəyişənlərin ayrılması ilə əldə edilən analitik həllər, həmçinin ədədi yanaşmalarla adveksiya-diffuziya tipli qismən differensial tənliklərdən istifadə olunur. Optimal nəzarət nəzəriyyəsini tətbiq etməklə, Pontryaqinin maksimum prinsipindən istifadə etməklə ekoloji sistemlərdə çirklənməni azaltmaq üçün idarəetmə funksiyaları qurulur və izah edilir. Bundan əlavə, ekoloji riskin qiymətləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən real ekoloji proseslərdə mövcud olan qeyri-müəyyənlikləri nəzərə almaq üçün stoxastik diferensial tənliklər tətbiq edilir. Təklif olunan modellər tətbiq olunan ekoloji problemlərin daha dəqiq riyazi tədqiqinə imkan verməklə ekoloji sistemin idarə olunması üçün nəzəri əsas yaradır.

Qeyd edək ki, Rövşənm müəllim son illər riyaziyyatın tətbiqi ilə çox maraqlı məqalələır ilə çıxış edir. Belə ki, iqlim dəyişikliyinin riyazi modelləşməsi, əsrin bəlası olan bioloji xəstəliklərin riyazi modelləşməsi ilə əlaqədar təşkil edilmiş beynəlxalq kelmi konfranslarda çıxış etmişdir. Belə ki, həmin konfranslarda aşağadakı elmi çıxışları edərək, materiallar çap edilib:

  1. İqlim dəyişikliyinin riyazi modelləşməsi. ElmiTədqiqat, Elm və təhsilin əsasları XI beynəlxalq Elmi konfrans, Azərbaycan Elm Mərkəzi, Bakı ş., 2024, s.65-67 (M.Hümbətəli, Ü.Hümbətəli)
  2. Optimizing canger cell proliferation and treatment strategies. Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: Reallıqlar və çağrışla III beynəlxalq elmi konfransın materialları, Mingəçevir ş., 2024, pp.555-557. (Mammedeli M.Mamedov)

Hal hazırda bu sahədə alimin axtarışları davam edir. Bu ilin sonuna qədər beynəlxalq bazalarda indeksləşmiş jurnalda daha iki tətbiq məqaləsi (İnternational Journal  of Sciences Mathematics, Technology and Learning jurnalında Mathematical Modeling of Economic Growth və Mathematical Modeling of Information Systems hər iki məqalə SCOPUS-un Q4 kvardilə daxildir) çap edilməsi gözlənilitr.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır