Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ADDA tələbələri “Fibonacci” intellektual yarışında iştirak ediblər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Fibonacci” MMC-nin birgə tərəfdaşlığı ilə “GİNius Tələbə-Gənclər Kuboku – 2025” çərçivəsində “Fibonacci” intellektual və əyləncəli oyunun ilk yarımfinal mərhələsi keçirilib.

Layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Sumqayıt – Gənclər Paytaxtı 2025” seçilməsi münasibətilə təsdiq edilmiş tədbirlər planı çərçivəsində həyata keçirilir. İlk yarımfinalda Bakı şəhərində yerləşən 30 ali və orta ixtisas təhsili müəssisəsinin tələbələri iştirak ediblər. Bu rəqəm Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü simvolik olaraq ifadə edir.

Yarışda Azərbaycan Dövlət Dəniz Akademiyasını (ADDA) “Albatros” komandası təmsil edib. 7 fərqli turdan ibarət olan yarışda Akademiyanın “Albatros” komandası  30 ali təhsil müəssisəsi arasında ilk onluğa daxil olub.

Layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin yaradılması və kollektiv düşüncə bacarıqlarının təşviq edilməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır