Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-21,
Seanews
Heyder Eliyev

Almaniyanın Brandenburq Texniki Universitetinin nümayəndələri ilə ADDA-da görüş keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU Cottbus–Senftenberg) alimləri ilə görüş təşkil olunub. Görüşdə Avropa Azərbaycanlıları Mühəndislər İttifaqının elm və innovasiya üzrə koordinatoru İlqar Abbasov və elmi işçi Məhəbbət Süleymanov da iştirak ediblər.

Qonaqlar tələbə, magistrant və doktorantlara Almaniyada ali təhsil sistemi, innovativ tədris yanaşmaları, elmi-tədqiqat imkanları və magistratura və doktorantura səviyyəsində elmi işlərin aparılması qaydaları barədə məlumat veriblər.

Görüş interaktiv şəkildə keçib, suallar cavablandırılıb.

Qonaqlar daha sonra ADDA-nın tədris binası və laboratoriyalarına baxış keçiriblər. Ardınca onlar ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayevlə görüşüblər. Görüşdə professor-müəllim və tələbə mobilliyi, birgə tədqiqatlar, ikili diplom proqramları və birgə layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəflər görüşü qarşılıqlı əməkdaşlıq baxımından səmərəli qiymətləndiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır