Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-02,
Seanews
Heyder Eliyev

ASCO-da “Biznes əməliyyatlarında etika və dürüstlük” mövzusunda seminar keçirilib

ASCO-nun Xəzər Dəniz Neft Donanmasında “Biznes əməliyyatlarında etika və dürüstlük” mövzusunda seminar təşkil edilib.

ASCO-nun müxtəlif qurumlarından olan əməkdaşlarının iştirakı ilə baş tutan seminarı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev aparıb.

Seminarda Əliməmməd Nuriyev ictimai etimadın qorunması, beynəlxalq korporativ idarəetmə standartlarına uyğunluq, insanlara və tərəfdaşlara hörmət, peşəkarlıq və dürüstlük prinsipləri barədə ətraflı məlumat verib. O həmçinin ASCO-da tətbiq olunan “Biznes Etikası Məcəlləsi” üzrə əsas prinsiplər, müvafiq tələblərin praktikada tətbiqi, maraqların toqquşması və s. məsələləri diqqətə çatdırıb.

Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb, dinləyicilərin suallar cavablandırılıb.

Qeyd edək ki, seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, eləcə də ASCO-da da bu sahədə görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır